Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BİRBƏBİR

bax bir-bir. Cövrlər kim eyləmişdin, birbəbir yad eyləyib; Şami-hicran könlümü bu növ ilə şad eylərəm. S.Ə.Şirvani. Qarovul malları xurcundan çıxardaraq, birbəbir təftiş edib yerə atdıqca, Əhmədin ürəyinə guya ki, zəhərli ox sancırdı. B.Talıblı. Ömrün əziz günləri birbəbir yada gəldi. S.Rüstəm.
BİR-BİR zərf 1. Tək-tək, ayrı-ayrılıqda. [Süleyman:] De, bir-bir söylə, qulaq asım. Ü.Hacıbəyov. Anası da oğlu qazan yollara
bir-bir bələd oldu. Ə.Haqverdiyev. Konsul onları [siyahıları] bir-bir alıb, öz katibinə verir.. . M.S.Ordubadi.
Bir-birinin ardınca, ardıcıl surətdə, növbə ilə. Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər. Çəmənzəminli. [Hakim] stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb, səbətə atırdı. Mir Cəlal.
Təfsilatı ilə, təfərrüatına qədər, hər biri ayrı olaraq. Gördüyü işləri bir-bir saydı. Nöqsanları bir-bir göstərmək. - Əcnəbinin bu sözlərini Sədrəddin bəy qapı dalısında bir-bir yazırdı. S.M.Qənizadə. Rüstəm komandirə bu ətrafdan bir-bir, yerbəyer danışır. S.Rəhimov.
Hərəyə bir, hər dəfədə bir. Bir-bir vermək. Bir-birpaylamaq.
bir-bir... Müxtəlif hal şəkilçiləri ilə: bir-biri ilə, bir-birinə, bir-birindən, birbirini - qarşılıq bildirir. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı bir-birinə qarışmışdı. S.S.Axundov. [Firidun və Kürd Əhməd] mehriban bir nəzərlə bir-birinə baxdılar. M.İbrahimov. [Gülüşgəlin:] İki kişi bir-birinizə havadar olun. S.Rəhman. Bir-birini haylayan arvaduşaq səsi kəndi ağzına almışdı. Ə.Əbülhəsən.
□□ Bir-birinə dəymək (qarışmaq) - qarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan düşmək, ara qarışmaq. Dünya yenə birbirinə dəydi. - C.Məmmədquluzadə. İyirminci il baharının günəşli bir səhərində qəza mərkəzi kiçik şəhər bir-birinə dəydi.
Nəzərli. Seçkilərin nəticəsində məlum oldu ki, .. Tükəzban xala kənd şurasına sədr seçilibdir. Kəndə böyük vəlvələ düşdü, camaat bir-birinə dəydi. B.Talıblı. Bir-birinə vurmaq - çox axtarmaq. [Müəllim] kəndi bir-birinə vurdu, axırda bir körpə əmlik tapdı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....