Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BİHUŞ
sif. [fars.] 1. Özündən getmiş, bayğın. Sevil bihuş halda yatırdı. Ə.Sadıq.
Bihuş olmaq - özündən getmək, bayılmaq. [Şahın] haman saat rəngi qaçıb guya ki, bihuş oldu. M.F.Axundzadə. ..Bilmədim hansı tərəfdən elə bir xırıltı səsi gəldi ki, mən az qaldım bihuş olam. C.Məmmədquluzadə. Huşa getmiş uşaq xəyal içrə; Kəsrətiqüssədən olub bihuş. C.Cabbarlı.
Huşsuz, yaddaşsız, hafizəsiz; fikri dağınıq. 'Bihuş adam.
məc. Məst, heyran, valeh.
□ Bihuş olmaq - məst olmaq, heyran olmaq, valeh olmaq. Eşitdim ol qarə göz dilbərim sağərpərəst olmuş; Mey içmiş, məclisi-əğyardə bihuşü məst olmuş. S.Ə.Şirvani. Yumşaq otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxusundan insan bihuş olurdu. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....