Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BİÇARƏ
sif [fars.] 1. Yazıq, miskin, fağır, məzlum; bədbəxt. Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Bu soyuq, tozlu gecədə biçarə Məşədi Əsgər adlı bir kişi balaları üçün ruzi axtarırdı. S.M.Qənizadə. ..Biçarə qızın zahiri çirkinliyi bir yanda dursun, toy edib ərə getmək üçün azacıq bir cehizi də yox idi.
B.Talıblı..
Çarəsiz, əlacsız; aciz. Axır biçarə ananız sizə deyirdi: - Bala, ağlama, xortdan gələr, səni aparar. C.Məmmədquluzadə. [Əşrəf bəy:] Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır. N.Vəzirov. Cahillər isə biçarə Bəşirixəncərlə öldürüb qaçırlar. S.S.Axundov.
// İs. mənasında. [Səkinə xanım:] Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni ona versin. M.F.Axundzadə. Sən iki biçarəni bir zəxmlə qıldın həlak. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....