Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BƏYAN
is. [ər.] 1. Anlatma, izah etmə, şərh etmə, aydın və açıq söyləmə; izah, şərh, ifadə. Həkimin bəyanına görə, taxıl çöplərini qırıb yerə tökən həmin bu qurd imiş. C.Məmmədquluzadə. Görmüşəm çox gözəl-gözəl şeylər; Söyləsəm gər, bəyanı tul çəkər. A.Səhhət. Bir aləmdir o, təsvirə, bəyana sığmaz; Şerin qurub yaratdığı cahana sığmaz. R.Rza.
□ Bəyan etmək (qılmaq)
söyləmək, bildirmək, izah etmək, anlatmaq. Eşqin mərəzinə bən də təbibəm; Bəyan elə bana əhvalın sənin. Aşıq Pəri. Sədrəddin bəy prokurorun hücrəsində bir saat çağı qalıb əhvalatı bəyan edirdi. S.M.Qənizadə. Cütçü dedi: - “'Bircə mənə qıl bəyan; Sərçə veribdirmi sənə bir ziyan?” A.Səhhət. “Leyli-Məcnun ” hekayəsinin səbəbi nəzmini bəyan qıldığı saqinamədə Füzuli deyir: bu “bir bəzmi-müsibəti-bəladır ki, onun əvvəli qəm, sonu bəladır”. F.Köçərli. Bəyanə gəlmək - dilə gəlmək, danışmağa başlamaq.
2. ədəb. köhn. Poetikanın təşbeh istiarə, məcaz və kinayə kimi qisimlərindən bəhs edən hissəsi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....