İzahlı lüğət

BƏST

is. [fars.] tar. İranda hökumətin təqibindən və ya dini təqibdən qaçıb xarici səfarətxanalara və ya ziyarətxanalara pənah aparan şəxsin daldalandığı yer, sığnaq. Burada da, Təbrizdə olduğu kimi, bəst vardır. M.S.Ordubadi. Hacı Mirzə Əhməd ağanın evi “bəst” hesab olunurdu. Ə.Haqverdiyev.
Bəstə girmək - təqibdən qaçaraq, müqəddəs sayılan bir yerə, yaxud nüfuzlu bir adamın evinə pənah gətirmək, oraya sığınmaq. [Mirzə Əhməd:] Get, o bəstə girən oğlana xəbər ver ki, mən Hacı Kamyab ilə görüşüb onunla lazım olan söhbəti elədim. Ə.Haqverdiyev. Girərdi bəstə adam öldürən zaman qatil; Ona himayət edən şəxs əhlimənbər idi. M.Möcüz. [Molla:] Hərçənd ki, ağa bəstə girənləri qəbul eləmir, amma eybi yoxdur. P.Makulu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed