Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BƏS1

əd. [fars.] 1. Yetər, kafi, kifayət. İş apar, baş gedərsə, qoy getsin; Ad qalır bəs deyilmi millət ilə. M.Ə.Sabir.
□ Bəs demək - kifayətlənmək, gözü doymaq. Bəs ki köhn. - 1) olduqca çox. Əqlin aparıb bəs ki baxır gündə qaraya. M.Ə.Sabir; 2) o qədər ki. Bir-birinə bəs ki sancıldı tənimdə oxların; Mürği-ruhum qeydinə oldu mürəttib bir qəfəs. Füzuli. Bəs ki dil aşiqi-göftari-şəkərbarındır; İstəyir nitqini, düşnamı duadən seçməz. S.Ə.Şirvani. Bəs qədər - olduqca, çoxlu, lazımınca. Bəs qədər yedi. Bəs olmaq, bəs etmək (eləmək) - kifayət etmək, yetmək, çatmaq. Odun ehtiyatı çatacaqmı, şəkər bəs edəcəkmi? S.Rəhimov. Bu da deyəsən bəs eləmədi. Ə.Əbülhəsən. [Camal:] Gözümlə gördüklərim mənə bəs oldu. S.Rəhimov.
Əmr şəklində: bəsdir, bəsdirin - yetər, kifayətdir, kifayət edər. Bəsdir mənə bu saqi ilə badeyi-gülgün. S.Ə.Şirvani. Şam ağacı bildi bu keyfiyyəti; Söylədi... Bəsdir, buraxın söhbəti! M.Ə.Sabir. Ey qələm! Bəsdir əritdin qəlbi-riqqətpərvəri. M.Hadi. [Çimnaz:] Bəsdirin qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....