Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BƏRPA
[fars.] Əvvəlki normal halına salma (dağılmış, yıxılmış, xarab olmuş, korlanmış, qırılmış, kəsilmiş şeyi); təzədən qurma (qurulma), təzədən düzəltmə (düzəldilmə), təzədən tikmə (tikilmə), təzələmə (təzələnmə); əvvəlki halına gəlmə (düşmə, gətirmə). Xalq təsərrüfatının bərpası. Müharibədə dağılmış şəhərlərin bərpası.
□ Bərpa etmək - 1) əvvəlki halına salmaq, təzədən qurmaq (düzəltmək). Müharibə nəticəsində dağılmış sənayeni bərpa etmək. - [Kərim bəy:] İstehkamçı - mühəndis deməkdir, yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız. Mir Cəlal; 2) əvvəlki vəziyyətini (hüququnu və s.-ni) qaytarmaq. Vəzifəsini bərpa etmək. Hüququnu bərpa etmək;
qaldırmaq. Mindi bir at molla düşdü yola; Getdi ta məhşər eyləsin bərpa. S.Ə.Şirvani;
məc. Yaratmaq, düzəltmək. Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən bir məqamat bərpa etmiş idi. Ə.Haqverdiyev. Bərpa olmaq - əmələ gəlmək, qalxmaq, törəmək, qopmaq. Hər birisinin başına şuriş və tüğyan xəyalı düşdü və tezliklə Qəzvində şurişi-əzim bərpa oldu. M.F.Axundzadə. Əgər desəm, qiyamət bərpa olmuşdu, inanın. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....