İzahlı lüğət

BƏRKİTMƏK

f. 1. Bağlamaq, örtmək; qapamaq, qıfıllamaq. Qapını bərkitmək. Darvazanı bərkitmək. - [Sübhanverdizadə] əllərini stola dayayıb ayağa qalxdı, qapıları açıb baxdı və arxadan örtüb bərkitdi. S.Rəhimov.
// Bir şeylə bağlayaraq, mıxlayaraq, calayaraq, yapışdıraraq, bənd edərək, ilişdirərək, keçirərək, buraraq möhkəmləndirmək. İlgəkləri bərkitmək. Vinti burub bərkitmək. Sınıq yeri iplə bağlayıb bərkitmək. Taxtaları mıxlayıb bərkitmək. Şəkilləri divara vurub bərkitmək. - Biri texnik motorların vintlərini bərkidir. S.Rüstəm.
// Bağlamaq. Gündə bir pulsuzu qəssab əcəl darə çəkər; Bərkidər əl-ayağın, üstünə qəddarə çəkər. M.Möcüz.
Möhkəmlətmək; möhkəm, alınmaz, keçilməz hala gətirmək. [Vaqif:] Xan, .. bu vəziyyətdə dolaşmamaq üçün vasitə çoxdur: hələlik Qalanı bərkitmək lazımdır. Çəmənzəminli. [Qızıl Arslan:] Buna görə də daxildəki düşmənlərlə mübarizəyə başlamadan əvvəl, sərhədləri bərkitmək lazımdır. M.S.Ordubadi.
Cismən və ruhən möhkəmləndirmək, qüvvətləndirmək, sağlamlaşdırmaq. Günəş, hava, su bədənimizi bərkidən mühüm amillərdir. - [Kəyan] bununla da əsgərləri ilə birlikdə həm də öz əsəblərini bərkitmək istəmişdi. Ə.Əbülhəsən.
İsrar etmək, inad göstərmək, sözünün üstündə durmaq. [Cəbi:] Yüz manat az pul deyil.. Bir az bərkitsən, bəlkə üç yüz də verər. N.Vəzirov.
Sürətini artırmaq, yeyinlətmək.
Şiddətlənmək, güclənmək, bərkimək. Çiskin bərkidirdi. Sol tərəfdə neçə qara keçəli alaçıq görünürdü. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed