Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BƏRK-BOŞ
is. dan. Həyatda qarşıya çıxan çətinliklər, müşkülat, çətin vəziyyət; imtahan, sınaq. [Cəbiş:] Ömrümdə çox-çox bərkboş görmüşəm, ancaq hələ .. belə nəgəhan şey görməmişəm. S.Rəhimov.
□□ Bərkdən-boşdan çıxmaq - təcrübəli olmaq, sınaqdan çıxmaq, imtahandan keçmək. Bərkdən-boşdan çıxmış adam. - [Qara kişi:] Elə ki, bir az bərkdən-boşdan çıxdı, .. asan olacaq! Ə.Əbülhəsən. Bərkdən-boşdan çıxarmaq - sınaqdan çıxarmaq, sınaqdan, imtahandan keçirmək, imtahan etmək. Bərkə-boşa düşmək - çətin vəziyyətə düşmək. Bir var Nərimanı qucağından qırağa qoymayasan, .. bir də var bərkdən-boşdan çıxarasan. Mir Cəlal. Bərkə-boşa salmaq- b ax bərkdən-boşdan çıxarmaq. [Zahidi] bərkə-boşa salıb, imtahandan çıxarmaq üçün vasitə axtarıram. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla