Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BƏRƏLTMƏK
gözlərini (gözünü) bərəltmək - 1) qorxudan, acıqdan, şiddətdən, təəccübdən, heyrətdən, çaşqınlıqdan gözlərini geniş açmaq, ağartmaq. Bənə hər qəzetçi bərəldir gözün; Yazır hey qəzetlərdə məktəb sözün. M.Ə.Sabir. Mustafa çığırır, həkim istəyir uşağa yavuqlaşa, uşaq gözlərini bərəldir və mıqqıldayıb istəyir qaça. C.Məmmədquluzadə. ..Nağıyev su qırağındakı otların arasına girən qurbağa kimi kiçik gözlərini həddindən artıq bərəldərək baxırdı. M.S.Ordubadi. Məryəm heyrətdən gözünü bərəldib, cavab üçün söz axtarırdı ki, Nadir ikinci bir sual verdi.. B.Talıblı; 2) məc. qorxutmaq, hədələmək; hiddətlənmək. Niyə bəs böylə bərəldirsən, o qare gözünü?! Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....