Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BƏRƏKƏTLİ
sif. 1. Bol, bollu, zəngin. Bayram günlərində düzələn böyük ziyafətlərin bərəkətli süfrəsini bu gülşəndə yetişən
qərənfillər yaraşığa mindirirdi. M.Hüseyn.
// Məhsuldar, bəhrəli, bol məhsullu; münbit. Bərəkətli torpaq. - [Salama] elə gəlirdi ki, bu yağış da onunla .. buraya, bu geniş düzlərin bərəkətli tarlalarına gəlmişdi. Mir Cəlal. Bu il rayonun, doğrudan da, bərəkətli illərindən biri idi. S.Rəhimov.
dan. Qurtarmaq bilməyən, tükənməyən, qurtarmayan, artımlı. Bu dəfə aldığımız düyü çox bərəkətli çıxdı.
məc. Şükümlü, uğurlu; rifahlı, məsud.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....