Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BƏND1

is. [fars.] 1. anat. Skelet sümüklərinin oynaq yerləri; buğum, məfsəl. Barmaqların bəndləri. Bəndləri ağrımaq. Bəndləri qırılmaq. - [Qazan xan] başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu. M.Rzaquluzadə.
Müxtəlif hissələrdən ibarət olan şeyin hissələrini bir-birinə rəbt edən, bağlayan, bərkidən bağ və s. Qamışın bəndləri. Borunun bəndləri aralandı.
// Sınmış, aralanmış, qopmuş bir şeyi bərkitmək üçün ona keçirilən halqa, sarğı və s.
Ümumiyyətlə, bağ, ip, düyün. Ol türfə qəzalın açdı bəndin; Şad eylədi canidərdməndin. Füzuli. Aç kiseyi-səxavətüvün bəndin, ey qəni. M.Möcüz. ..Sona hərdən onun [Ceyranın] bəndini açıb həyətə buraxırdı. Mir Cəlal.
// Məc. mənada. Damizülfün bəndinə mürği-giriftarəm hənuz. Xətayi.
□ Bənd edilmək - bağlanmaq, rəbt edilmək, birləşdirilmək, keçirilmək, ilişdirilmək. Bəııd etmək - bağlamaq, rəbt etmək, ilişdirmək. Milis nəfəri öz atını ağaca bənd etdi və asanlıqla üzüaşağı sallandı. S.Rəhimov.
Ayrı-ayrı hissələrdən ibarət olan bir şerin bir parçası. Şerin birinci bəndi. - Kupletlər bir-birindən nəqarət vasitəsilə ayrılır, hər bənddən sonra təkrar edilən nəqarətin musiqisi və bəzən sözləri də dəyişdirilmədən olduğu kimi saxlanır. Ə.Bədəlbəyli.
Qanun məcəlləsinin, yaxud hər hansı bir mətnin, sənədin və s.-nin rəqəm və ya hərflə ayrılan kiçik hissəsi, maddəsi. Qanunun 3-cü fəslinin “D” bəndi. Müqavilə üç bənddən ibarətdir. Qərarın üçüncü bəndində belə yazılmışdır. - Müştərilərə üzümüzü tutub, onlara etdiyimiz nəsihətlərin birinci bəndi budur. C.Məmmədquluzadə.
Bir yeri seldən, daşqından qorumaq, yaxud suyun (arxın, kanalın) kənara axmasının qabağını almaq üçün çəkilən sədd. Bənd çəkmək. - Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar.
Zərdabi. [Xanmurad:] Sementlədiyimiz bəndi su yuyub aparıb. İ.Əfəndiyev. Hər tərəfdə yeni dünya qurulur; Sərt sulara dəmir bəndlər vurulur. Z.Xəlil.
□□ Bənd almaq - gedib, ya qaçıb bir yerdə dayanmaq, durmaq, qərar tapmaq. Nə olardı Ağa Məhəmməd xan bu cəlalı görəydi. Yəqin qorxudan qaçaraq Tehranda bənd alardı. Ə.Haqverdiyev. Kişi mayallaq vurub, fırlanafırlana balkonun ayağında bənd aldı. S.Rəhimov. Bənd etmək (eləmək) - məftun etmək, cəlb etmək, aşiq etmək. Sərxoş oturanda əlində sazı; Bənd edir quşları göydə avazı. M.P.Vaqif. Bəııd olma(yın)! - fikir vermə(yin), əhəmiyyət vermə(yin), işin(iz) olmasın, mane olma(yın). Nina bacı, mən ölüm mənə bənd olma, belə başına dönərəm. M.S.Ordubadi. Xəlil dayı: - Sən Allah, bənd olma, - dedi, - yaxşısı budur Firidundan danış. M.Hüseyn. Bəııd olmaq - 1) bir işdən yapışmaq, bir işlə məşğul olmaq, bir işlə başı qarışmaq. [Məşədi Cəfər:] Məndən sonra bir bölükyetim-yesir qalacaq, onların əlləri gərək bir şeyə bənd olsun, yayox? Ə.Haqverdiyev; 2) ilişmək, yapışmaq, bağlanmaq. Çox keçmədi, onu gördüm ki, bir əl mənim yaxama bənd oldu. Mir Cəlal; 3) ilişib qalmaq, dayanmaq, durmaq, qərar tutmaq. Əvvəl mən, sonra qonaqlar məclisin şirin yerində bənd olduq. C.Məmmədquluzadə; 4) bağlanmaq, rəbt olunmaq, mərbut olmaq. Məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin halqası kimi bir-birinə bənd olubdur. M.S.Ordubadi. Bəndə çəkmək - əl-qolunu bağlamaq, hərəkət etməsinə mane olmaq. Sevastopol, düşmənin böyük bir qüvvəsini burada bəndə çəkibdir. Ə.Əbülhəsən. Bəndə düşmək yubanmaq, gecikmək, təxirə düşmək, ləngimək, ilişib qalmaq. Çox yağılar bəndə düşdü, qayıtmadı bir də geri. R.Rza. Bəndə salmaq - 1) girə keçirmək, ələ keçirmək;
dustaq etmək, həbsə salmaq. 'Bəndə saldın mənim kimi dustağı; Çox məni qoyubsan darda, gül Pəri. Aşıq Abbas. Bəndə vurmaq
1) dustaq etmək, həbsə salmaq; qaçmasın deyə əllərini, ayaqlarını bağlamaq; 2) məəttəl etmək. - Axı, Nəbi kişi, binanı tikən sizsiniz, camaatı niyə bəndə vurursunuz? S.Rəhimov. Bəndinə çəkmək - əlinə keçirmək, cənginə keçirmək (salmaq). [Xırdaxanım:] Yoxsa o qızları oxutmuş ləçərlər, əgər bilsələr, oğlanı çəkəcəklər bəndlərinə. N.Vəzirov.
bənd-bənd zərf 1) buğum-buğum, tikətikə. Nalədəndir ney kimi avazeyi-eşqim bülənd; Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd. Füzuli. Öldürər bu dərd məni; Doğrayar bənd-bənd məni. (Bayatı);
maddələr üzrə, maddəbəmaddə. Nizamnaməni bənd-bənd oxumaq; 3) bəndlər üzrə. Bənd-bənd oxumaq. - Bütün gözlər şairin .. əsəbi tərpənən dodaqlarında, həqiqət deyən ağzında idi. O, bənd-bənd deyirdi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....