Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BƏLA
is. [ər.] 1. Uğursuzluq, bədbəxtlik, müsibət, fəlakət, afət. Ona bəla üz verdi. Bu nə bəladır ki, .. dağlar və daşlar da quraqlıqdan od tutub yanır. C.Məmmədquluzadə. ..Kiçik bir xata böyük bəlalar törədər. M.İbrahimov.
// Məc. mənada. [İrakli:] Ümidvaram ki, Gürcüstanın, İmeretiyanın və bizim sair qonşumuz xanların qoşunu ilə birləşib, bu gələn bəlanı tezlik ilə dəf edək.. Ə.Haqverdiyev. On nəfərpolis ədibin qapısını açıb bəla kimi içəri soxuldu. Mir Cəlal.
2. Qəm, qüssə, kədər, dərd, əzab, iztirab. Bəladan xali olmaz aləm içrə aşiqi-sadiq. S.Ə.Şirvani.
□ Bəla çəkdirmək - zülm etmək, əziyyət vermək, çox incitmək. Bəla çəkmək - müsibət və məşəqqət görmək, çox ağır hallar keçirmək. Bəlasını çəkmək
əziyyətinə dözmək, qatlaşmaq, əziyyətini çəkmək. Əzəldən canımı eşqin yolunda çün qoymuşam; Bəlasını çəkərəm, dönməzəm bəlasından. Nəsimi. Bəlaya düçar olmaq
fəlakətə məruz qalmaq. Bəlaya düşmək
əziyyətə, müsibətə məruz qalmaq, xataya düşmək, çətin vəziyyətə düşmək. Əgərçi zülfünə dami-bəla demiş aqil; Bu damə kim ki, gəlib düşmədi, bəlayə düşər. Nəsimi. Bəlaya salmaq - müsibətə salmaq, çətin vəziyyətə salmaq. Zəmanə zülfü rüxündən bəlayə saldı bəni; Həm ol zəman ki, seçildi qərası ağından. Nəsimi. Bəlayi-müsibətlə - çox çətinliklə, böyük çətinlik və əziyyətlə. Bir bəlayi-müsibətlə bunun [Fərəcovun] qrimini təmizləyib, şad-xürrəm hamı öz evinə getdi. H.H.Sarabski. Bəlayinagəhan - gözlənilməz bəla, afət (bəzən məcazi mənada işlənir). Bu prokuror ki, görürsünüz, bir vaxt N. qəzasının bəlayinagəhanı idi. Ə.Haqverdiyev.
□□ Başa bəla kəsilmək - daima incitmək, gözümçıxdıya salmaq, daim əngəl törətmək. ..[Varis] tələbələrin başına bəla kəsilmək, onları təhqir etməkdən zövq alırdı. A.Şaiq. Başına bəla açmaq - əngələ salmaq, çıxılmaz vəziyyətə salmaq, əngəl törətmək. Bir sərraci-birütbəni gətirib özümüzə padşah qayırdıq, başımıza bəla açdıq. M.F.Axundzadə. Katibin Sübhanverdizadəyə ötən günü hilli-mixəkli çay verməyi indi onun başına böyük bir bəla açmış oldu. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....