Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BƏXTƏVƏR
sif. [fars.] Xoşbəxt, bəxtli, taleli. ..[Narmgül] indi bəxtəvər həyatın meyvələrini dadmışdı. Ə.Vəliyev.
□ Bəxtəvər etmək - xoşbəxt etmək. [Bayram:] Heç dərd eləmə, Allah qoysa ölməsəm, tezliklə səni bəxtəvər elərəm. M.F.Axundzadə.
// İs. mənasında. Xoşbəxt adam. - Getmə, getmə, görüm kiminyarısan? Hansı bəxtəvərin vəfadarısan? Qurbani. A bəxtəvərlər, ananız gəldimi? Qondu yuva üstünə dincəldimi? A.Səhhət. [Arvad:] Bəxtəvərə hamı kömək eləyir, .. amma heç kəs demir ki, ala, bu da sənə ayaqqabı. M.Hüseyn.
□□ Bəxtəvər başın(ız)! - bir işdə birinin bəxti gətirdikdə deyilir (bəzən istehza ilə deyilir). [Pəri:] Bəxtəvər başımıza, pişiyimiz oğlan doğub. N.Vəzirov. Bəxtəvər başına - xoşbəxtdir, xoşbəxtsən. Bəxtəvər başına o kimsənənin; Gözəllər yanında etibarı var. Q.Zakir. Şahnisə xanım qızının, qarayanız çöhrəsində dolaşan fərəh və nəşəni fəxr ilə seyr edərək: - Bəxtəvər başına! - deyə gülümsədi. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....