Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BƏHANƏ
is. [fars.] 1. Bir iş üçün əsas ola bilən keyfiyyət, səbəb, dəlil. Mübahisə
üçün bəhanə axtarmaq. - Faş oldu nəsihətin cəhanə; Sən qoymadın ortada bəhanə. Füzuli. Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. M.S.Ordubadi. Əkbər kişinin sualı bəhanə oldu, Havva küyümü çiynindən yerə qoyub çöməldi, söhbətə başladı. Mir Cəlal.
2. Saxta, yalan, əsassız üzr. Getməyə bəhanə axtarmaq. Bəhanə gətirmək. Bəhanəsinə qulaq asan olmadı. - [Şərəfnisə xanım:] Bu sözlər tamam fənn və feldir. Məni aldatmaq üçün bəhanədir. M.F.Axundzadə ..[Kazak briqadası] yüz cür bəhanələrlə bu vəzifənin ifasından boyun qaçırdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....