Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BƏDXAH
sif [fars.] Başqasının pisliyini istəyən, heç kəsin yaxşılığını istəməyən; qərəzkar (xeyirxah ziddi). Bədxah adam. -Bəzən oxumuş rəfiqi-bədxah; Tədbirimi çaşdırıbmış, ey vah! M.Ə.Sabir. [Şah] zəng edənin mütləq bədxah adam olduğu fikri ilə dəstəyi götürüb nərə çəkdi. M.İbrahimov.
// İs. mənasında. Bədxahım olsa cümlə cəhan, çəkməzəm məlal. Xətayi. Aralıqda bədxah olmasa əgər; Sevgi sevgisindən olmaz mükəddər. Q.Zakir. [Mirzə Fətəli:] O vədə öz babalarının əməllərindən xəcalət çəkib xeyirxahları ilə bədxahlarını əlbəttə tanıyacaqlar. Ə.Haqverdiyev. Müəllimdən aldığımı bədxahlara satmadım. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....