İzahlı lüğət

BƏDGÜMAN

sif. [fars.] Həqiqəti bilmədən, zənn və təxminə görə bir şey haqqında pis düşünən, pis fikirdə olan; şübhə edən. Bildi ki, rəqib bədgümandır. Füzuli.
□ Bədgüman etmək - şübhəyə salmaq, şübhələndirmək. Şami-vüsal xali gərək xanə qeyrdən; Şəmi keçirmə, saqın, edər bədgüman məni. Q.Zakir. Bədgüman olmaq - şübhələnmək, şübhə etmək, pis fikirdə olmaq. [Şahbaz bəy:] Şərəfnisə, doğrudan sən məndən belə bədgüman olubmuşsan! M.F.Axundzadə. [Qazı:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışığa durmaz idim sənnən. C.Məmmədquluzadə. Ümumən kübarlar zümrəsinə qarşı bədgüman olan .. Qəhrəmani belə bir qızı xoşlayırdı. M.İbrahimov. Özündən bədgüman - özü haqqında çox böyük fikirdə olan.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed