Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BƏDƏN
is. [ər.] İnsan və ya heyvanın vücudu; gövdə. Bədən üzvləri. İri bədən. Sağlam bədən. Ağ bədən. - [Gülpəri:] Yazığı o qədər döyübdür ki, bədənində sağ yer qalmayıb. Ə.Haqverdiyev. İndi ananın yarıçılpaq bədəni şaxta qarşısında müdafiəsiz qalmışdır. Ə.Məmmədxanlı.
// Məc. mənada. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökmək ilə azarlı şəfa tapar, nə dua yazmaq ilə. C.Məmmədquluzadə.
□□ Bədən tərbiyəsi - bədən mümarisələri, idman, gimnastika, yaşayışda düzgün rejim gözləmək vasitəsilə insan bədəninin hərtərəfli inkişaf etdirilməsi və möhkəmləndirilməsi. Bədən tərbiyəçisi - bədən tərbiyəsi (idman) ilə məşğul olan adam.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....