İzahlı lüğət

BƏBƏK

is. 1. Göz giləsinin ortasındakı qara dairəcik. [Səba] güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahandan keçirdi. M.S.Ordubadi. [Abbasın] zəfəran kimi qırmızı xətlər görünən yanaqları yumrulandı, dərində gizlənən bəbəkləri parladı. Mir Cəlal.
Bax bəbə 1-ci mənada. O gözəl sevməli, ol nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək. A.Səhhət.
“Göz” sözü ilə bərabər şəfqət və nəvazişlə müraciət. Dedi: - Oğlum! Göz bəbəyim, sən ey ömür çiçəyim; Tarixlərin şahididir mənim bu ağ birçəyim. S.Vurğun.
□□ Bəbək kimi, bəbək tək, yaxud göz bəbəyi kimi (qorumaq, saxlamaq və i.a.)
qeydkeşliklə, diqqətlə, əziz bir şey kimi, var gücü ilə. Bəbək tək bəslədim daim gözümdə xali-hinduni. Nəsimi. [Təliə:] Gələcək səadətin xatirəsinə onu [vəliəhdi] öz gözümün bəbəyi kimi qoruyacağam. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed