Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BEŞ1
say. Dörddən sonra gələn ədəd - 5.
Beş-altı, beş-on - az, cüzi, əhəmiyyətsiz miqdarda, bir neçə. Cibimdə beş-altı qəpik pulum var. İclasa beş-on adam gəlmişdi. - [Kərim baba] odun gətirməyə getsə, görərsən beş-on çırpını arxasına alır və dərhal “Ayrım qızı, Ayrım qızı! Bunu hara töküm?” - deyə bar-bar bağırırdı. A.Şaiq. [Çimnaz:] ..A kişi, cavan qızın olsun, gedib beş-altı arşın tumanlıq üçün ölsün! Ə.Əbülhəsən. Beşdə bir - tez-tez, hər beş gündə bir dəfə. Beşdə bir bizə gəlir. Beşdəüçdə - bəzən, hərdənbir, arabir, gah-gah. Dəmiryol xəttində işləsə də, beşdə-üçdə ezamiyyətyolu ilə Bakıya gəlir, evinə baş çəkirdi. M.Hüseyn. Beş kişinin biri - b ax kişi.
Beş-beş zərf Hər dəfə beş dənə, hər adama beş dənə. Almaları beş-beş payla! Sıraya beş-beş düzülmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....