Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BEL1

is. 1. Bədənin ortası, qurşaq bağlanan yeri. İncə bel. Beli ağrımaq. Belinə qayış bağlamaq. Belə qədər suya girmək. - Bu süngünü onlar sağ tərəfdən bel qayışlarından asmışdılar. Ə.Əbülhəsən. Belində qəbzəli xəncər olan bir kişi içəri girdi. İ.Əfəndiyev.
İnsanın və bəzi heyvanların qarnının arxa tərəfi, sağrı ilə çiyinlər arasındakı hissə; dal. Əyri bel. Beli bükülmüş. Yükü atın belinə qaldırmaq. - Elə, obaya səs düşür. İgidlər at belinə qalxır. M.İbrahimov. ..Kürən at belində ağırlıq hiss etməyib yolun çoxusunu oynaqlayır. S.Rəhimov.
□ Bel sümüyü anat. - onurğanın ayrıca sümüyü. Bel sütunu anat. - insanda və bəzi heyvanlarda: bel ortasındakı bir-birinin içinə keçmiş sümük və qığırdaqlardan ibarət onurğa sümüyü.
məc. Hündür dağın iki təpəsi arasındakı əyrilmiş yer və alçaq keçid. Şehli kəndinin sağ tərəfində yalın beli ilə xırmanlar salınmışdı. S.Rəhimov. Baxsanız a, beli çökmüş yamaca; Sinəsində şən quzular bəslənir. A.Şaiq. Min Qazaxda köhlən ata; Göy yaylaqlar belinə qalx. S.Vurğun.
məc. Dövrə, ətraf. Şəhərin belinə yarımqurşaq kimi dolanan minlərcə sahil işıqları yerə səpilmiş ulduzlar kimi sayrışırdı. M.Hüseyn.
□□ Bel bağlamaq - güvənmək, inanmaq, etibar etmək, arxalanmaq, arxayın olmaq, xatircəm olmaq. Sənin qapında Firəngiz həqir cariyədir; Günəş də xidmətə bel bağlamış dilü candan. Heyran xanım. [Bayram:] Zalxa hiyləgər arvaddır, ona bel bağlamaq olarını? M.F.Axundzadə. Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz. Ə.Haqverdiyev. Bağlamaq bel, ya güvənmək çox çətindir zahidə. C.Cabbarlı. Beli bükülmək - 1) qocalmaq; 2) ağır müsibət, bədbəxtlik, fəlakət üz vermək. Beli sınmaq (qırılmaq) məc. - bax beli bükülmək 2-ci mənada. [Xan:] Məmməd, belimiz sındı, dedi, - görürsən, Ağası duz-çörəyimi itirib, necə namərdlik elədi. Çəmənzəminli. Belinə çöpdən dirək - görülmüş bir işə qarşı istehzalı münasibət bildirən ifadə. Çox əziyyət çəkirsən, belinə çöpdən dirək. Ə.Haqverdiyev. Belini bükmək məc. - ağır bir fəlakətə, bədbəxtliyə, müsibətə məruz qalaraq qocalmaq, ruhən və cismən sarsılmaq. Belini sındırmaq (qırmaq) məc. - çox ağır mənəvi zərbə vurmaq, son dərəcə sarsıtmaq, bədbəxt etmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....