Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BEÇƏ
is. [fars.] 1. Bala.
Çolpa, cavan xoruz. Siz sərv kimi sərkəş olub böylə boy atdız; İllik beçətək banlayaraq, xalqı oyatdız. M.Ə.Sabir. Dan atınca xoruz, beçələr banlar. A.Şaiq. Xalq ehtiyac içində əziyyət çəkdiyi zaman, Tərlan ağına-bozuna baxmadan, beçədən, əmlikdən kəsdirib yeyirdi. M.Hüseyn.
Cavan bal arısı.
□ Beçə vermək - b ax beçələmək. [Piri kişi:] Yaxşı vaxtında gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. S.S.Axundov. Arılar beçə verən zaman kənd adamı meşəni dolanar, bu arı pətəklərindən tapar, hər birisindən pudlarla bal götürərdi. S.Rəhimov. Beçə balı - cavan arının balı, təmiz ağ bal. Gülpərinin İdris üçün saxladığı beçə balı, motal pendiri və kərə yağı Əlyarovun çox xoşuna gəldi. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....