Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAZARLIQ
1. is. Bazardan alınmış şeylər.
Bazarlıq etmək - 1) bazardan ev üçün lazımi şeylər almaq. [Nəbi ağa:] Özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm. S.S.Axundov. Firəngiz bazarlıq edir, xörək hazırlayır, ata və oğulun yolunu gözləyirdi. S.Rəhimov; 2) alver etmək. Hazırda sizinlə bazarlıq edəcək tacirlərdən deyilik. M.S.Ordubadi.
is. etnoqr. Ərə gedən qız üçün paltar. Çox mübarək, çox mübarək, ölmədik, oğlumuzun toyunu gördük, - deyə Kəblə Xeyransa bazarlığı kişinin əlindən alıb sahmanlayır. H.Sarabski. Sabahı günü Əhməd kişi işdən qayıdandan sonra qızını evdə tapmadı. Tərs kimi bu gecə qıza bazarlıq gələcəkdi. Ə.Məmmədxanlı.
□ Bazarlıq etmək - toy üçün lazımi şeylər almaq.
sif. Bazarda satmaq üçün hazırlanan.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....