Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAYQUŞ
is. 1. İri gözlü, girdə başlı, çirkin səsli, qarmaqburun, yırtıcı gecə quşu. Bayquş xərabəlik, qurd dumanlıq sevər. (Ata. sözü). Axşamtərəfi yağış havası, bayquş da ulayır. Ə.Haqverdiyev. Qəflətən bir qorxulu səs meşəni götürdü. Faytonçu dedi: - Qorxma, xanım, bayquşdur, ulayır. S.S.Axundov.
Mənhusluq, uğursuzluq simvolu kimi. [Gülnaz] bayquş kimi həyətlərinə kədər və qüssə gətirmiş bu adamların yaxasından tutub, çölə atmaq .. istəyirdi. M.İbrahimov. Nə etmək ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər. M.Hüseyn.
□ Bayquş yuvası məc. - xarabazarlıq, əhalisi tərk olmuş yer; mənhus yer, şükümsüz yer. Bir neçə ildən sonra [qoçuların] sayəsində Zabrat kəndi bayquşyuvasına döndü. H.Sarabski. [Maral:] Ah, [bu] bayquş yuvasından qurtula bilsəydim. H.Cavid.
məc. Cəmiyyət sevməyən, insanlardan qaçıb təkcə yaşayan adam haqqında. O lap bayquşdur, adam arasında görünmür. Bayquş kimi həyat keçirmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....