İzahlı lüğət

BATIQ

sif. 1. Çuxura düşmüş, dərinə düşmüş, çökmüş. Batıq ordlar. Batıq göz.
[Fərmanın] sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb. Ə.Haqverdiyev. [Rüstəm:] Qoy onun [Nübarm] o quyuya düşmüş batıq gözləri lap kəlləsinə çıxsın. S.Rəhimov.
Zədələnmə və s. nəticəsində bir tərəfi batmış, çökmüş, çökəklik əmələ gəlmiş. Böyrü batıq vedrə. Yanı batıq cam. - Astanada tüstülənir böyrü batıq samovar. S.Rüstəm.
// İs. mənasında. Bir qədər batmış, çökmüş, çuxura düşmüş yer. Vedrənin batığı. Ordun batığı.
Boğuq, batmış. Batıq səs. - Qoy hələ Salman çəksin, - deyə Aslan yarımçıq və batıq bir səslə Qulam müəllimə cavab verdi. S.Rəhimov. [Ərbabın] batıq səsi eşidildi. Mir Cəlal.
Bulaşıq, bulaşmış, çirkli, bir şeyə batmış. Batıq qab. Batıq boşqab.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed