Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAŞDAN-BAŞA
zərf Bütünlüklə, tamamilə, hər yeri, hər tərəfi; bütöv, tamam, səlt. Ət deyil, başdan-başa yağdır. Onun dedikləri başdan-başa səhvdir. Şəhərə başdanbaşa asfalt döşənmişdir. Dəniz başdan-başa buzlarla örtülmüşdür. - Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə balıq tutmağa gedərdik. Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq. Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun! S.Vurğun. O səhra ki başdan-başa tikandı, qumdu; Döndü sərin kölgə salan sərvliklərə. Ə.Cəmil.
□ Başdan-başa süzmək - hər tərəfmi, hər yerini gözdən keçirmək, istehzalı və ya şübhəli nəzərlə başından-ayağına qədər baxmaq. Nəhayət, hacı gəldi. İçəri girincə əvvəlcə otağı bir quşbaxışı ilə başdan-başa süzdü. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....