Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAŞ-AYAQ1
zərf 1. Tamamilə, başdanayağa, büsbütün, başdan-ayağa qədər. Kafirə bax! Gör nə bədimandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu. M.Ə.Sabir.
Tərs(əsinə), əksinə, başı ayağına və ayağı başına tərəf. Baş-ayaq yatmaq. Başayaq etmək. Baş-ayaq salmaq. - ..Ümumi yaşayış evindəki balaca otaqda səhər tezdən yuxudan qalxan cavanlar Cəmillə Tahiri bir çarpayıda baş-ayaq yatmış gördülər. M.Hüseyn.
□ Baş-ayaq danışmaq (vurmaq) - danışığının nə başı, nə ayağı olmaq, danışığında heç bir məntiq və rabitə olmamaq. [Şeyda:] A kişi, sən baş-ayaq nə üçün danışırsan. A.Şaiq. Görürəm sözlərim başayaq vurur; Bəzən quş yerinə dağ-daş uçurdur. S.Vurğun. Baş-ayaq vurursan, bəs deyil daha? Z.Xəlil. Baş-ayaq eləmək - tərsinə çevirmək, qarışdırmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....