Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BASDIRMAQ

f 1. Əkmək, sancmaq. Ağac basdırmaq. Dirək basdırmaq. - [Fəxrəddin:] Çox pakizə .. sübh tezdən hamısını basdıraram. N.Vəzirov.
Quyulamaq, torpağa gömmək. Ölü basdırmaq. - Biz onu [Azadı], öz vəsiyyətinə görə, uca bir yerdə basdırdıq. M.İbrahimov. [Nəsib kişi:] Yeddi uşaqdan üçünü basdırmışam. Mir Cəlal.
Üstünü örtmək. [Sübhanverdizadə] yerə uzanıb yastığa söykəndi. Nemətullayev onun yan-yörəsini basdırdı. S.Rəhimov.
// Məc. mənada. Cinayətin üstünü basdırmaq.
// Torpağın altında gizlətmək. ..Veylabad şəhəri elə bil dəyişmişdi, hərə bir tərəfə qaçıb dağılmaqda idi .. Sərvətlilər qızıllarını basdırırdılar. Çəmənzəminli.
Qatlayıb tikmək. Paltarın ətəyini basdırmaq.
Dişi heyvanı erkək heyvanla cütləşdirmək.
Cücə çıxartmaq üçün yumurtaları kürt toyuğun altına qoymaq.
Otarmaq, tapdalatmaq, əzdirmək. Əkini mal-qaraya basdırmaq.
köhn. Dərc etdirmək, çap etdirmək. İlk şerimi - məktəbimin qəzetində basdırdım. S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....