Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BARIŞMAQ
f 1. Aralarındakı mübahisəni kəsmək; incikliyi, ədavəti, düşmənçiliyi, küsülülüyü aradan qaldırmaq, əvvəlki dostluq və münasibəti bərpa etmək. Küsülülər barışdılar. - Buna görə də Kəyan hökmən Cuma ilə barışmaq, .. onu özünə müavin etmək istəyirdi. Ə.Əbülhəsən.
// Müharibədən, mübarizədən, vuruşmadan əl çəkmək. Müharibə edən dövlətlər barışdılar.
məc. Uzlaşmaq, yollaşmaq, razılaşmaq, sazişə gəlmək. Müttəfiqlər öz müvəffəqiyyətlərini bölüşdürmək üçün barışa bilmədilər. M.S.Ordubadi. Nifrətlə sevgi necə də uyğunlaşıb barışa bilər.. S.Rəhimov.
məc. Dözmək, qatlaşmaq, təhəmmül etmək, saziş etmək, razı olmaq, müqavimət göstərməmək. Vəziyyətlə barışmaq. - Dəmirovun beləcə əsəbiləşdiyini, barışdığı məsələlər barəsində belə səs-küy etməsini də eşitmək və görmək olardı. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....