Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BARGAH, BARGƏH

is. [fars.] tənt.
Saray; padşaha məxsus imarət. Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. M.F.Axundzadə. [Altunbay:] Dediklərində doğruya bənzər bir şey görsəm, bu günəşə gülümsər bargahı bayquşlar yuvasına .. çevirəcəyəm. C.Cabbarlı.
// Padşahın qəbul salonu. Tehranda Ağa Məhəmməd şah öz bargahında əyləşib səndəl üstündə. Ə.Haqverdiyev.
// köhn. Böyük bir şəxsin hüzuru.
Liman, gəmi dayanacağı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....