İzahlı lüğət

BARƏ1

[fars.] Adətən nisbət şəkilçiləri ilə işlənir - xüsusda, xüsusunda, haqqında. Bu barədə fikriniz nədir? Bu məsələ barəsində mən heç bir şey deyə bilmərəm. - Sultan bu sözlərdən sonra Bahadıra baxıb, onun bu barədə sözünü gözlədi. N.Nərimanov. Burada mənim söhbətim “Kimyagər” komediyası barəsindədir ki, bir gün o pyesi biz həvəskarlar, haman səhnədə mövqeyi-tamaşaya qoyurduq. C.Məmmədquluzadə. İkinci xahişim odur ki, baş aqronom Məcid Əlyarov barəsində yazdığım əmri təsdiq elə. M.Hüseyn.
// Hər barədə, hər cəhətdən. Hər kəs onun [Mirzə Süleymanın] yerində olsaydı, elə atasından inciyərdi, çünki kişi çox zəhmət çəkmişdi və hər bir barədə öz işini düzəltmişdi. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed