Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BANLAMAQ
f. 1. Oxumaq, ötmək (xoruz, beçə, qırqovul haqqında). Xoruz banlayır. -Bir qarının bir xoruzu var idi; Hər gün obaşdandan o banlar idi. A.Səhhət. Haradasa, xarabalıqda doğrudan da bir xoruz banlayırdı. Ə.Məmmədxanlı.
2. məc. Qışqırmaq, bağırmaq. Bir də görürsən ki, olub heyvərə; Əlli uşaq banladı birdən-birə. M.Ə.Sabir. Odur ki, hürriyyətinisvan deyə, şəst ilə banladım. C.Cabbarlı.
// dan. Birdən yerindən danışmaq, qışqırmaq. Nə banlayırsan oradan.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....