Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAMBILI
sif. dan. Ləyaqətsiz, vecsiz, qeyri-ciddi, boş, yüngül, gülünc, avara, lüt. [Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq... C.Məmmədquluzadə. [Əbdürrəhman bəy:] Mən niyə dəli oluram, dəli sənin kimi olur ki, belə bambılı dərviş başına ip salıb dəli kimi oynadır. N.Vəzirov.
// is. Qeyri-ciddi, dəyərsiz, ləyaqətsiz adam, avara. A kişi, gənə bu bambılılar bilmirəm xalqdan nə istəyirlər? C.Məmmədquluzadə. Mahalın beş-on bambılısı yığılıb bir yerə, nədi-nədi biz Vinokurov kimi nəhəngi yıxacağıq. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....