Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BALQABAQ
is. 1. Uzunsov, ortası nazik şirin qabaq, boranı, kudu. Kənd arvadları qışın tədarükünü qurtarırdı, .. kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi. M.İbrahimov.
// məc. Balqabağa oxşayan şey haqqında. Bu halda gördüm, mənə tərəf bir kişi gəlir .. başı balqabaq... Ə.Haqverdiyev.
2. məc. dan. Key, maymaq, ruhsuz, atil, bacarıqsız, iradəsiz, küt adam haqqında. [Əlyarov:] Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da balqabaq kimi durub baxırlar. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....