Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BALABAN
is. Nəfəslə çalınan qamışdan, ağacdan qayrılan sadə çalğı aləti; düdük, tütək. Döyüldü təblü naqarə, çalındı ney, balaban. A.Səhhət. Anası dinməz-söyləməz bunun [Həsənin] başının altından götürüb gizlətdiyi balabanı yenə də özünə qaytardı.
Talıblı.
□ Yastı balaban - balabanın zərif səsli növü. Orkestrin tərkibində: tar, kamança, saz (simli alətlər); yastı balaban, tütək (nəfəsli alətlər); nağara, qaval (zərb ilə çalınan alətlər) kimi Azərbaycan xalq çalğı alətləri vardır. Ə.Bədəlbəyli.
□□ Balabanda qandırmaq dan. - söz arasında incə işarələrlə başa salmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....