Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BALA
1. is. Övlad, uşaq, oğul. Ana və bala. Balalara hədiyyə. - Bala baldan şirindir. (Ata. sözü). Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı ac-acına balalarının əhvalına alışırdı. S.M.Qənizadə. [Ana:] Qulaq asın, mənim balalarım, ürəyimə damıb ki, mən bu yataqdan durmayacağam. M.İbrahimov.
// Məc. mənada. [Baş leytenant:] Qafqaz balası, bu körpü cəbhənin mühüm keçidlərindəndir. Mir Cəlal.
Kiçik, körpə heyvan, quş. 'Pişik balası. Tülkü balası. Qarğa balası. - Gah yetişmiş meyvələri dərib yeyərdik, gah quş yuvalarından bala düşürüb oynardıq. S.S.Axundov.
Bala vermə - heyvanların bala doğma qabiliyyəti. Bala salma - balanın vaxtından əvvəl doğulması, abort.
Xitab yerində (çox vaxt “a balam”, “ay balam”, “balam” şəklində də işlənir). Papaqçı dedi: - Bala, mənə şəyird durarsanmı? Rəsul dedi: - Nə üçün durmaram. “Aşıq Qərib”. Ay balam, eybini qan; Bir həya eylə, utan! M.Ə.Sabir. [İsmayıl ağa:] Balam, nə olar bizləri də yada salasan! Üç gündür eşitmişəm buradasan, di gəl, tapa bilmirəm. Mir Cəlal. [Xeyransa:] A balam, deyirəm bir kişiyə məsləhət eləyim, sonra gedək. H.Sarabski.
sif. Kiçik, balaca, xırda, körpə. Tamam ağ bədənin güldən əladır; Qamətindir sənubərdən, bala qız. M.P.Vaqif. Aristokratiya xanımları, yenə də gözəl bala dərvişin şəklini .. öpür. M.S.Ordubadi. Xan Sultan qoyunu gözləmək üçün bala çobanı dik qayanın başına qaldırmışdı. S.Rəhimov.
bala-bala zərf dan. Yavaş-yavaş, az-az, ahəstə-ahəstə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....