Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAL2
is. [fars.] klas. Qanad. Klassik ədəbiyyatda çox vaxt “balü pər”, yaxud “pərü bal” şəklində işlənir - qol-qanad. Cida düşdüm o tuti ləhcədən, balü pərim sındı. S.Ə.Şirvani. [Cəfərqulu xan:] Atamızın qoşunu tərk olub, balü pəri qırılandan sonra bir yerdə Ədil şaha əsir olmuşuq. Ə.Haqverdiyev. Döyüşdükcə qoca qartal; Qüvvət alır balü pəri. S.Vurğun. O yazıq quşların balü pərini.. kəsmişdilər. M.Rahim.
□ Balü pər vermək klas. - qanadlandırmaq, ruhlandırmaq. Öz asar və əşarı ilə onlar [ədib və şairlər] millətin cisminə şəfa, ruhinə səfa, fikrinə cila, əqlinə və mənəvi və ruhani qüvvələrinə balü pər verib, uca məqamə qaldırırlar. F.Köçərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....