Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BAQİ

sif. [ər.] 1. Daimi, əbədi.
□ Baqi etmək - daimiləşdirmək, əbədiləşdirmək. Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb, sənin ismü rəsmini baqi və yer üzündə məşhur olmağına ciddi-cəhd edərdi. C.Məmmədquluzadə. Baqi qalmaq - davam etmək, yaşamaq.
// Xəbər şəkilçisi ilə: baqidir - qalmışdır, hələ də vardır, davam edir, yaşayır. Hələ baqidir yerində köhnə qaydalar, adətlər. R.Rza.
2. Qalan, artıq. Pulun baqisi. - Gətir saqi, meyi-baqi, bu bəzmi eylə bir rövşən. Nəbati. [Azad] durmadan atəş açır, onun baqi qalan son dəqiqələri, onun nəfəsi düşmən həyatı bahasına tamam olur. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....