Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAİS
is. [ər.] Səbəb. Gər İbni-Səlam idi bəhanə; Məcnun idi bais ol fəğanə. Füzuli. [Hacı Nuru:] Hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir. M.F.Axundzadə.
□ Bais olmaq - səbəb olmaq. Bais nə oldu, ey güli-rəna, ki görmürəm; Əvvəlki iltifatlarından əsər sənin? S.Ə.Şirvani. [Güldəstə:] Camaat arasında danışıq var ki, onun ölməyinə bais siz olmusunuz. N.Nərimanov. Atlar da, deyəsən, sahiblərinin iftixarına bais olduqlarını, duymuşdular. Mir Cəlal.
// Səbəbkar, səbəb olan adam. [Arvad:] Bais, evin dağılsın!.. C.Məmmədquluzadə. Oxuyun, millətin nicatı olun; Ta əbəd baisi-həyatı olun! M.Ə.Sabir. [Səriyyə:] Bu işlərin də baisi Həmzə ilə anamdır. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....