Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAXMAQ
f 1. Bir şeyi görmək üçün gözlərini ona dikmək, nəzərini bir şeyə dikmək, nəzər yetirmək. Şəklə baxmaq. Pəncərədən baxmaq. Diqqətlə baxmaq. Ətrafına baxmaq. Güzgüyə baxmaq. Haraya baxırsan? - Sultan bu sözlərdən sonra Bahadıra baxıb, onun bu barədə sözünü kəsdi. N.Nərimanov.
Qabaga (irəliyə) baxmaq - gələcəyi görmək, nəzərdə tutmaq.
Tamaşa etmək, gözdən keçirmək, müşahidə etmək, seyr etmək. Kinoya baxmaq. Şəklə baxmaq. Bu mənzərəyə baxdıqca, insanın könlü açılır. - Yorğun Rüstəm daşa söykənir, üfüqə baxa-baxa (z.) yuxuya gedir. S.Rəhimov.
Mütaliə etmək, ötəri oxuyaraq, ya göz gəzdirərək tanış olmaq, gözdən keçirmək; tanış olmaq. Kitaba baxmaq. Qəzetə baxmaq.
// Öyrənmək, oxumaq, məşğul olmaq. Dərslərinə baxmaq.
// Yoxlamaq, gözdən keçirib düzəltmək, təshih etmək. Əlyazmalarına baxmaq. Şagirdlərin dəftərlərinə baxmaq. Korrekturaya baxmaq.
Göz gəzdirmək, axtarmaq, araşdırmaq. Yaxşı bax taparsan. Hər yerə baxdım, tapa bilmədim.
Yoxlamaq, müayinə etmək. Nəbzinə baxmaq. Hərarətinə baxmaq. İsti-soyuqluğuna baxmaq.
Birindən nümunə götürmək, ibrət götürmək, özünü ona oxşatmaq, fikir vermək. Yoldaşlarına bax, özünü düzəlt. Sən ona baxma, öz ağlınla iş gör!
Fikir vermək, əhəmiyyət vermək, diqqət yetirmək, nəzərə almaq, qulaq asmaq, hesablaşmaq. Deyilənlərin heç birinə baxmadı. Edilən göstərişlərə baxsaydı, belə olmazdı. - Səcdə qıl yarə, könül, baxma o zahid sözünə. S.Ə.Şirvani. [Məhəmməd Ağa:] Ay kişi, özgənin sözünə nə üçün baxırsınız. N.Nərimanov. [Mirzə Fətəli:] Amma oğlum, nəvələrim də görsələr mənə hesabdır; camaatın avamlığına baxma. Ə.Haqverdiyev. Ağrın alım, sözə bax, evimizdə səndən savay gör; Heç varmı bir oyaq? Ə.Cəmil.
Bir şey haqqında müəyyən rəyi, fikri, mülahizəsi olmaq; bir münasibət göstərmək, qiymətləndirmək, hesab etmək, saymaq. Sən bu məsələyə necə baxırsan? Bu işə sadə bir iş kimi baxmaq olmaz. Mən ona bir alim kimi baxıram. - Ona [Əsədə] sabah yoldaşları necə baxacaqlar, cürətli və doğruçu deyib, ehtiram edəcəklərmi? B.Talıblı.
Müzakirə etmək, gözdən keçirmək. İclasda hansı məsələlərə baxacaqlar? Məhkəmə bu gün işə baxacaqdır.
Ölçüb-biçmək, yoxlamaq, fikirləşmək, düşünmək, mülahizə etmək. Baxaram, vaxtım olsa, gələrəm. Baxarsan, xoşuna gəlsə, alarsan.
Qulluq etmək, xidmət etmək, qayğısına qalmaq, təmin etmək. Xəstəyə baxmaq. Atlara baxmaq.
// Nəzarət etmək, göz qoymaq, göz-qulaq olmaq; üstündə gözü olmaq, qarovul çəkmək. Uşaqlara baxmaq. Sürüyə baxmaq.
// İdarə etmək, başçılıq etmək, müdirlik etmək. Bu işlərə kim baxır?
Müalicə etmək, tibbi cəhətdən nəzarət etmək, müayinə etmək. Xəstəyə hansı həkim baxır?
Müəyyən tərəfə yönəldilmək, çevrilmək, döndərilmək, açılmaq. Evin pəncərələri həyətə baxır. Topların ağzı dənizə baxır. Binanın ön tərəfi şimala baxır.
dan. Asılı olmaq, bağlı olmaq, əlaqədar olmaq, tabe olmaq. Məsələnin həlli əksəriyyətə baxır. Bu iş sənə baxır. O baxır sənin fərasətinə. - Demək olar ki, kəndin bütün mədəni-maarif işləri ona baxır. “Kirpi”.
Əmr şəklində: bax - təkid, hədə, xəbərdarlıq, qəti tapşırıq bildirir, yaxud diqqəti deyilən sözə cəlb etmək üçün işlənir. Bax, gecikmə, ha! Bax, ehtiyatlı ol! Bax, mənim fikrim budur. Bax, qoçaqlıq buna deyərlər. - Xan qəti bir səslə: - Düzünü de görüm, necə oldu? - dedi .. Bax, birini [Xanməmməd] altdan-üstdən desən, başın cəllad əlindədir. Çəmənzəminli. [Xavər:] Özünü gözlə, bundan sonra sən mənim üçün də olmasa, bax, bu balaca üçün özünü gözləməlisən. M.İbrahimov.
Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: fala baxmaq, ağıza baxmaq, barmaqarası baxmaq, əyri baxmaq, yan baxmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....