Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAĞLI
sif. 1. İp, zəncir və s. ilə bağlanmış, rəbt edilmiş, bənd edilmiş. - Bağlı aslana dovşanlar da hücum edər. (Ata. sözü).
// Məc. mənada. [Həsənin] Dilaraya olan sevgisi həmişə bir əbədilik, daimilik hissi ilə bağlı idi. M.İbrahimov.
// Sarmmış, sarğılı. Bağlı göz. Bağlı baş. Bağlı qıç.
Qıfıllı, kilidli, qapalı, qapağı və ya qapısı örtülmüş. Bağlı qapı. Bağlı sandıq. Bağlı şkaf - Bağlı qapıya xata dəyməz. (Ata. sözü).
Bağı, qaytanı olan; qaytanlı. Bağlı tuman. Bağlı çəkmə.
İşlənməz, keçilməz; hərəkətə yol verməyən, qabağına sədd çəkilmiş. Bağlı yol. Bağlı qapı.
Bitmiş, qurtarmış. Sədr iclası bağlı elan etdi.
Bax qapalı 5-ci mənada. Bağlı iclas. Bağlı məktəb.
məc. Asılı, əlaqədar, əlaqəli. Məsələnin həlli böyük çətinliklə bağlıdır. Bu iş sənə bağlıdır. - [Səfərəli:] Xörəklərin yaxşı olması bağlıdır xərcə, xərc də bağlıdır nəqd pula. N.Vəzirov. Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlı idi. N.Nərimanov. [Mustafa xan:] Şəhərin zindəganlığı bağlıdır kəndlərə. Ə.Haqverdiyev.
Bənd olmuş, vurulmuş; məftun. [Zalxa:] Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır? M.F.Axundzadə.
is. Kağız, parça və s. içərisinə qoyulub bağlanmış şeylər; düyünçə, boğça. Qadın əlində böyük bir bağlı aparırdı. M.S.Ordubadi. Əl çamadanı boyda yüngülvari bağlını əlimə aldım. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....