Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAĞIŞLAMAQ
f 1. Bir şeyi qarşılıqsız (əvəzsiz) olaraq başqasma vermək, hədiyyə etmək, peşkəş vermək. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, .. mal-qaradan pay ayırıb, bir at da bağışladı. İ.Şıxlı.
// məc. Bəxş etmək, vermək. Elə bil, bağışladın mənə sevinc dolu bir aləmi. R.Rza.
Alacağından könüllü olaraq vaz keçmək, əl çəkmək; özünə çatacaq şeyi daha istəməmək. Borclarını bağışlamaq.
Günahından, təqsirindən keçmək, əfv etmək. Məncə yaraşmayır çoxuna bu ad; Məni bağışlasın sevgilim həyat. S.Vurğun. ..Mənim dediklərimdə səhv və yanlışlıqlar olsa, bağışlamanızı xahiş edirəm. Mir Cəlal.
Əmr şəklində: bağışla, bağışlayın, bağışlayınız - 1) söylənməmiş bir sözə, yaxud namünasib bir işə görə üzr istəmək və ya söylənmiş bir fikri düzəltmək üçün deyilir. Bağışlayın, mən bilmədim ki, bu söz sizin xatirinizə dəyəcək. Sizi narahat etdiyim üçün məni bağışlayın. Səni çox gözləməyə məcbur etdim, bağışla. - Səni əhlivəfa bilmişdim, ey gül, bivəfasanmış; Bağışla, bilmişəm biganələrlə aşinasanmış. S.Ə.Şirvani. Mən əvvəldən bunu duymuşdum ki, siz, bağışlayınız, bir az düz adama oxşamırsınız. C.Məmmədquluzadə; 2) bir söz və ya hərəkətlə razı olmamağı və ya ona qarşı etirazı ifadə etmək üçün qətiyyən, heç, yox mənasında işlənir. Bağışla, elə şey yoxdur! Bağışlayın, mən buna heç vaxt razı ola bilmərəm.
Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: təsir bağışlamaq, ömrünü bağışlamaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....