Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAĞIRMAQ
f 1. Bərk qışqırmaq, çığırmaq. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. [Səriyyə xala] bağırmaq, ağlamaq istəyir, bacarmırdı. M.İbrahimov. Xaspolad bir də ucadan bağırdı. M.Hüseyn.
□ Bar-bar bağırmaq - şiddətlə, var gücü ilə çığırmaq. [Kərim baba:] - Bu şələni hara töküm? -deyə bar-bar bağırdı. A.Şaiq.
Böyürmək, nərə çəkmək. Bir az daha irəliləmişdim ki, birdən-birə pələng yerindən sıçrayıb bağıra-bağıra (z.) üstümə gəldi. A.Şaiq.
Ağlamaq, haray salmaq, fəryad etmək. Bağırmaqdan uşağın az qala ürəyi partlamışdı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....