Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BAĞIR
is. 1. Qaraciyər.
Ürək, qəlb mənasında. Ey Füzuli, ol sənəm əfğanıma rəhm eyləməz; Daşə bənzər bağrı, təsir eyləməz əfğan ona. Füzuli. Edən qan qönçə tək bağrım o ləli-abidar olmuş. Nəbati. Oxuduqca şirin-şirin diliniz; Bağrım olur şana-şana, durnalar. M.V.Vidadi.
□□ Bagrı çatlamaq - 1) davam gətirməyib ölmək, ürəyi partlamaq. Atı o qədər bərk sürdü ki, heyvanın az qala bağrı çatlamışdı.
[Tarverdi:] Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı. M.F.Axundzadə. Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. M.S.Ordubadi. [Əbdül:] İndi biçarə Saraya necə deyim ki, Bəhram gəlmir, bağrı çatlar. C.Cabbarlı; 2) bax bagrı yarılmaq; - ürəyi bərk darıxmaq. Uşaq olmasaydı, qızın bağrı çatlardı. M.S.Ordubadi. [Vəli:] Yaxşı ki, bir yerdəyik, tək olsaydıq, adamın bağrı çatlardı. M.Hüseyn. Bagrı daşa dönmək - çox sərt olmaq, insafsız olmaq, rəhmsiz olmaq, sərtləşmək. Təğafül etməyin, Allahı sevər; Dönməsin bağrınız daşa, durnalar. Q.Zakir. Bagrı dəlinmək - bax bagrı qan olmaq (qana dönmək). Bəs olmadı, getdi yar əlindən; Həm bağrı dəlindi xar əlindən. Məsihi. Bagrı qan olmaq (qana dönmək) - son dərəcə müztərib və mütəəssir olmaq, kədərlənmək, qüssələnmək. Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Bagrı yanmaq - 1) susamaq; 2) məc. həsrət çəkmək, hicran keçirmək. Bax bu qaşa, bax bu gözə; Yandı bağrım, döndü közə. Aşıq Ələsgər. Bagrı yarılmaq - 1) ölmək; 2) bərk qorxmaq, dəhşətə düşmək. Bağrım yarılır xəncəri-bürranını görcək. M.Ə.Sabir. [Məşədi Əsgərin] silisçidən bağrı yarılırdı. S.M.Qənizadə. [Gülnisə:] Danışanda adamın gözünün içinə bir tövr baxır ki, az qalır adamın bağrı yarılsın. Ə.Haqverdiyev. [Döyüldüyü üçün] uşaq molladan qaçar və molla adı gələndə bağrı yarılardı. Sarabski. Bağrına basmaq - məhəbbətlə, nəvazişlə qucaqlamaq. Tutuban bağrına basdın o səri-zülfü, könül; Belə fikr eylədin, ol müşk sənin canındır. S.Ə.Şirvani. Oturmuş ana, basmış bağrına; Nazlı körpəsin, lay-lay der ona. A.Səhhət. Xədicə rəngi qaçmış .. halda içəri girdi və uşaqlarını bağrına basıb .. ağladı. S.S.Axundov. Bağrını çatlatmaq - bax bağrını yarmaq. Bağrını dəlmək - son dərəcə kədərlənmək. Bağrını qana döndərmək (qan eləmək) - həddən artıq kədərləndirmək, iztirab vermək. Ləli-nabin həvəsi bağrımı qan eylədiyin; Ah kim, qanlı yaşım qılmadı izhar sana. Füzuli. Ələsgərəm, sana qurban; Gəl eyləmə bağrımı qan! Aşıq Ələsgər. Bağrını yarmaq - 1) öldürmək; 2) bərk qorxutmaq, dəhşətə salmaq. Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev. Yuvasında eşələnən bir qırğı onların bağrını yarmışdı. Mir Cəlal. [Xəlil:] Ay balam, bir az özünə toxtaqlıq ver, uşaqların bağrını yarma. P.Makulu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....