Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BAĞ2

is. 1. Bağlamağa yarar hər şey, ip, kəndir, qaytan və s. Yükün bağlarını açmaq. Ayaqqabı bağı. - Musa kişi yaş ot bağlarından birini açıb, onların qabağına tökdü. M.İbrahimov. [Kəmtərov] gah damağındakı papirosu barmaqları arasına alıb sıxır, gah çəkməsinin sallanan bağına baxır, məna vermir, daha da yeyinləyir. Mir Cəlal.
// Sarğı.
Dəstə, kom, bağlı şey, bağlama. [Arabaçı] haradansa bir bağ yonca gətirdi, saldı atların qabağına. C.Məmmədquluzadə. Bir bağ vəlim tapammır biçarə yandıra; Möhtacdır özü və əyalı hərarətə. M.Möcüz.
məc. Bağlayan, birləşdirən, əlaqələndirən şey; əlaqə, rabitə mənasında. Dostluq bağları.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....