Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BABA
is. 1. Atanın, ya ananın atası; nəvəsi olan kişi.
Bəzi yerlərdə ataya deyilir.
Yaşlı və hörmətli kişi, yaxud yaşlı kişiyə hörmətlə müraciət. Durub cütçü baba öpdü alnımdan; Bildim ki, mehriban olurmuş insan. S.Vurğun.
// Çox qoca kişi mənasında.
Bəzən xitab yerində işlənir. Baba, məndən nə istəyirsən? - Uşaq mənimdir, baba! Dəxli nədir sizlərə? M.Ə.Sabir.
Sadə, adi, fağır mənasında (adətən təvazö üçün peşə, sənət bildirən sözlərə qoşulur). [Yusif Sərrac:] Mən bir fağır sərrac babayam. Mən hara, taxtü tac hara?! M.F.Axundzadə. Cütçü babasan, buğdanı ver, darı yeyərsən; Su olmasa, qışda əridib qarı yeyərsən. M.Ə.Sabir. [Mirzə:] Mən yoxsul bir müəllim babayam. Ə.Haqverdiyev.
Yalnız cəm şəklində: babalar - əcdad. [Alan padşahlarının] babalarından biri Abbasilər xilafətinin birinci əsrində Nəsara (xristian) dinini qəbul etdi. A.Bakıxanov. Seyrə vardıqda o heçlikləri mən; Deyirəm: torpağa dönmüş babalar.. S.Vurğun.
□ Ulu baba - nəslin banisi, ilk ağsaqqalı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....