Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜYƏSSƏR
sif [ər.] Asanlıqla hasil olan, asan başa gələn, imkan daxilində olan; mümkün, asan, qolay. 0ah idim mən cahanda izzətlə; Hər murad istəsəm müyəssər idi. S.Ə.Şirvani. Oğlan qızı və qız oğlanı görmək ancaq qohumlarda müyəssərdir. R.Əfəndiyev. □ Müyəssər olmaq - mümkün olmaq, imkan daxilində olmaq, başa gəlmək, əldə edilə bilmək: nəsib olmaq. [Ağabəyim] Vaqifi görmüşdü, lakin onun məclisində olmaq, onunla danışmaq hələ ona müyəssər olmamışdı. Çəmənzəminli. [Hacı Kamyab:] Hər adama müyəssər olan rütbə deyil. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....