Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

MÜVAZİNƏ(T)

is. [ər.] 1. fiz. Bərabər və əks istiqamətdə olduqlarına görə bir-birini məhv edən qüvvələrin təsiri nəticəsində cismin hərəkətsizlik, sükunət halı. Olduğu vəziyyəti saxlama, vəziyyətdə sabitlik; dayanıqlıq, duruş. Müvazinətini saxlaya bilməmək. - [Qüdrət:] Mən öz müvazinətimi itirirəm, Gülsabah! C.Cabbarlı. Zeynal sərxoşluğundan müvazinəsini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn. [Şəfi] özünü düzəltmək istədikdə müvazinətini itirib nərdivandan yumbalandı. Ə.Əbülhəsən.
məc. Sükunət, sakitlik, aram. Ona əbədi görünən ruhi müvazinət içərisində sonsuz bir zövq duyurdu. M.İbrahimov. Arvadının belə acınacaqlı hala düşməsi onda daxili müvazinətyaratdı. H.Seyidbəyli.
Bərabərlik, tarazlıq, uyğunluq. Qüvvələrin müvazinəti.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....