Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜTTƏFİQ
is. [ər.] 1. Birlikdə hərəkət etmək və ya başqa bir məqsəd üçün ittifaq bağlamış tərəflərdən hər biri. Müttəfiqinə kömək etmək. Müttəfiqlərin birgə hərəkəti. Müttəfiqlərin təyyarələri çox vaxt .. kiçik meydançanın üstündən uçub gedirdi. S.Vəliyev. □ Müttəfiq olmaq - birgə hərəkət etmək üçün saziş bağlamaq, ittifaqa daxil olmaq.
Həmfikir, həmrəy, əlbir, yekdil. [Yaşlı kişi:] Fəqət müxtəlif məzhəb və təriqətlərə mənsub olan müsəlmanlar hamısı bu barədə müttəfiq deyillər. S.Hüseyn. □ Müttəfiq olmaq - həmrəy olmaq, həmfikir olmaq, birləşmək. ..Hər biryanda ki, camaat istəsə ittifaq edə, əlbəttə ki, müttəfiq olanlar üçün bu bir məsləhətli iş olacaq. C.Məmmədquluzadə; // aralarında ittifaq bağlamaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla