Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜTLƏQ
zərf [ər.] 1. Labüd, şübhəsiz, əlbəttə, yəqin, hər halda. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. C.Məmmədquluzadə. [İsmət:] Getmiş, artıq əsər yox qəhrəmandan; Mütləq məni eyləyirmiş imtəhan. Cavid. // Hər necə olur olsun, hər bir halda, qeydsiz-şərtsiz. Kitabı mütləq mənə çatdır. Sabah mütləq sizə gələcəyəm. Bu gün mütləq gəlməlidir. - [Zinyət:] Öz-özümə söz vermişəm ki, payızda işimiz az olanda mütləq bir də gedəm. S.Rəhman.
Əsla, heç, qətiyyən, qəti surətdə. Məhv olub onda mərdlik əsəri; Mütləq olmaz şücaətə cigəri. Füzuli. Mən cahan mülkündə mütləq doğru halət görmədim. M.P.Vaqif.
İdealist fəlsəfədə: bütün varlığın daimi, dəyişməz ilk əsası (ruh, ideya, Allah). Müqayisə xaricində, heç bir hadisə, şərait və s.-dən asılı olmayaraq götürülən. Əhalinin mütləq artımı.
□ Mütləq monarxiya - b a x mütləqiyyət. Mütləq sıfır - mümkün olan ən alçaq temperatur (mənfi 273,16°C). Mütləq çempion müəyyən idman növünün hər hansı bir dərəcəsində yarış zamanı ən çox xal qazanmış idmançı. Mütləq çoxluq - böyük əksəriyyət.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....